Musayev

Musayev İdman 1-01-2023, 16:30

Mbappe “İlin ən sevimli fransızı” ola bilmədi

Mbappe “İlin ən sevimli fransızı” ola bilmədi
PSJ-nin hücumçusu Kilian Mbappe son bir ildə fransızlar arasında ən çox sevilən şəxslər siyahısında dördüncü yeri tutub.

“Journal du Dimanche” tərəfindən hər il keçirilən ənənəvi sorğuda forvard müğənni Jan-Jak Qoldman, astronavt Tomas Peskye və aktyor Ömər Siyə uduzub.

İlk 50-liyə fransalı Olivye Jiru (9-cu), Antuan Qrizmann (11-ci) və Uqo Lyoris (18-ci) də daxil olub.

Üçrənglilərin baş məşqçisi Didye Deşam sorğuda 23-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, Kilian Mbappe Qətərdə keçirilən dünya çempionatının finalında Argentina ilə oyunda het-trik etmişdi.

Ümumilikdə 23 yaşlı fransalı yeddi matçda səkkiz qol (ikisi penaltidən) və iki məhsuldar ötürmə edib. O, turnirin bombardiri olub.

Qeyd edək ki, Mbappedən başqa dünyada heç bir futbolçu mundialın finalında 4 qol (biri penalti seriyasında) vurmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
374 412 383 327 355 451

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.