Musayev

Musayev Sağlamlıq 6-01-2023, 19:30

KTM bayram günlərində zəhərlənmə şübhəsi ilə müraciət edənlərin sayını açıqladı

KTM bayram günlərində zəhərlənmə şübhəsi ilə müraciət edənlərin sayını açıqladı
Bayram günlərində (31 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilədək) TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub.

Qeyd edilib ki, müraciət edənlərdən 21 nəfərin (15-i qadın, 6-sı kişi olmaqla) vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 159 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəstəxanaya yerləşdirilən 21 nəfərdən yeddisi dərmandan, üçü sirkə turşusundan, dördü etanol spirtindən, dördü dəm qazından, o cümlədən ikisi allergiyadan zəhərlənib, birində isə botulizm aşkarlanıb.

Tibb müəssisəsinə yerləşdirilən şəxslərdən biri ambulator müalicə üçün evə buraxılıb, hazırda 20 nəfərin (dördünün vəziyyəti ağır qiymətləndirilir) müalicəsinə davam edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
303 375 352 313 308 319

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.