n2006

n2006 Xəbərlər 6-01-2023, 19:35

DİM III qrupa imtahan verənlərə müraciət etdi

DİM III qrupa imtahan verənlərə müraciət etdi
Dövlət İmtahan Mərkəzi 2023-cü ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib.

LoaDinG.Az xəbər verir ki, DİM-dən verilən xəbərə görə, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, S.Vurğunun “Vaqif” əsərlərinin və “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolunun dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz.

1. C. Məmmədquluzadə “Anamın kitabı”

2. C. Cabbarlı “Oqtay Eloğlu”

3. İ. Əfəndiyev “Xurşudbanu Natəvan”

4. S. Vurğun “Vaqif”

5. “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolu

2023-cü ilin qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
350 365 282 296 330 333

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.