ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Şeirlər 7-01-2023, 12:27

☹_İNANMADIM_☹

☹_İNANMADIM_☹


(Öz Youtube kanalımız öz əziyyətimiz dəstək olan hər kəsə minnətdaram)


Dedilər: - Əhdini danır o ceyran;
Dedim: - Yalan olar! - Mən inanmadım.
Dedilər: - Qış gəlir, qayıt bu yoldan,
Əsdi yel, yağdı qar, mən inanmadım!


İNANMADIM....


Dedilər: - Gözləmə o gülyanağı,
Dedim: - Ürəyimə çəkməyin dağı.
Dedilər: - Toyudur, bir axşam çağı,
Dindi saz, ötdü tar, mən inanmadım!


İNANMADIM....


O vaxtdan ruhumu təklik sıxsa da,
Başqa bir gözəli salmadım yada.
Müqəssir sən oldun, çünki dünyada
Heç kəsə sonralar mən inanmadım!


İNANMADIM....


Yazar : Hüseyn Arif

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
512 496 501 530 476 522

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.