HASANLY

HASANLY Xəbərlər 9-01-2023, 13:27

Zəngilanın Ağalı kəndində məktəblilərin ilk qar sevinci

Zəngilanın Ağalı kəndində məktəblilərin ilk qar sevinci
İşğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində məktəblilər ilk qar sevincini yaşayıblar.

Həmin anların şəkillərini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi özünün rəsmi “Facebook” səhifəsində paylaşıb.

Görüntülərdə məktəbin müəllim və şagird heyəti qartopu oynayıblar.

Qeyd edək ki, məktəb 360 şagird tutumuna malikdir.

2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub.

2022-ci il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Zəngilanın Ağalı kəndində məktəblilərin ilk qar sevinci

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
329 344 310 281 322 354

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.