Musayev

Musayev Xəbərlər 9-01-2023, 14:06

Yol polisindən faktiki hava ilə bağlı sürücülərə MÜRACİƏT

Yol polisindən faktiki hava ilə bağlı sürücülərə MÜRACİƏT
Bakı Şəhər Dövlət Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə və hərəkət iştirakçılarına yenidən müraciət edib.

Meteoroloji vəziyyəti nəzərə alıb sürücülərdən öncə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirmələri xahiş olunur:

“Avtomobilləri təkərlərin qış mövsümünə uyğunluğunu nəzərə almaqla, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə, təhlükəsiz şəraitdə ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər”.

DYP rəsmisi qeyd edib ki, yola çıxan nəqliyyat vasitələrinin mütləq əksəriyyəti qış mövsümünə uyğun olmayan təkərlərlə hərəkət edir:

“Bu sürücülərdə sürüşməyə və digər çətinliklər yaradır. Xahiş edirik ki, yola çıxan sürücülər təkərləri qış mövsümə uyğun eləsinlər. Eyni zamanda sürücülük təcrübəsi olmayan sürücülərdən yollarda hərəkət etməməyi tövsiyə edirik”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
323 348 342 264 293 307

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.