n2006

n2006 Hamiləlik 12-01-2023, 10:00

Hamiləliyin 4-cü ayı (13-16-cı həftələr). Hamiləliyin və dölün inkişafı

Hamiləliyin 4-cü ayı (13-16-cı həftələr). Hamiləliyin və dölün inkişafı
Hamiləliyin 4-cü ayında bir çox qadınlarda toksikozun əlamətləri (ürəkbulanması, qusma və s.) keçir, iştah artır.

Hamiləlik inkişaf etdikcə böyüyən uşaqlıq bağırsaqları sıxmağa başlayır ki, nəticədə qadınları qəbizlik narahat etməyə başlayır. Bunun qarşısını almaq üçün daha çox meyvə-tərəvəz, sıyıqlar, süd məhsulları yeyin, su için, hər gün açıq havada gəzin. Kişmiş, qara gavalı, ərik qurusu bu problemi həll etməyə kömək edir.


Damarlarınızı qoruyun - varikoz xəstəliyinin inkişafı başlaya bilər. Bunun üçün çəkinizin artmasına diqqət edin, yatanda və uzananda ayaqlarınızın altına yastıq qoyun, həkimlə məsləhətləşdikdən sonra xüsusi kolqot və ya corab geyinin.

Arterial təzyiqinizə daim nəzarət edin.

Bəzi qadınları bu dövrdə burun qanaxmaları narahat edə bilər. Bu patoloji hal sayılmır.

Hamiləliyin 16-cı həftəsinin sonunda dölün çəkisi təxminən 200 qr, uzunluğu 16 sm təşkil edir. Döl çox aktivdir - "üzür", əl və ayaqları ilə müxtəlif hərəkətlər edir, barmaqlarını sıxır, barmaqlarını sovurur və s. Lakin ana hələ ki uşağın tərpənməsini hiss etmir. Adətən bu 18-20 həftələrində baş verir.

Dölün beyini sürətlə inkişaf edir, beyin qabığı formalaşır. USM zamanı demək olar bütün orqanlar görünür, həkim hətta körpənin əl və ayaq barmaqlarını saya bilər.

Dölün cinsi orqanları formalaşıb. Təcrübəli həkim hamiləliyin 16 həftəsində dölün cinsiyyətini təyin edə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
559 558 509 504 569 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.