Musayev

Musayev İdman 11-01-2023, 20:11

Avropa çempionu “Bellator”da Azərbaycanı təmsil edəcək

Avropa çempionu “Bellator”da Azərbaycanı təmsil edəcək
MMA döyüşçüsü Əli İsayev “Bellator”da Azərbaycan bayrağı altında çıxış edəcək.

Bu barədə 31 yaşlı idmançı “Match TV”yə açıqlama verib.

İsayev bildirib ki, artıq ona Azərbaycan pasportu ilə viza açılıb.

“Bu ölkə üçün yarışmışam, pasportum var idi. Başqa çarəm olmadığından gedib məsələni həll etdim. Onsuz da Rusiya pasportu ilə mənə heç bir halda viza verməyəcəkdilər”, - deyə idmançı vurğulayıb.

Qeyd edək ki, Əli İsayev daha əvvəl sərbəst güləşlə məşğul olub. O, 2019-cu ildə Azərbaycan millisinin heyətində 120 kq çəki dərəcəsində Avropa çempionluğunu qazanıb.

İdmançının “Bellator”da ilk rəqini ABŞ təmsilçisi Stiv Mouri olacaq. İsayev bundan əvvəl keçirdiyi 9 döyüşün hamısında qələbəni bayram edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 332 345 343 371 325

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.