Yunanıstanın sonuncu kralı II Konstantin vəfat etdi
Yunanıstanın keçmiş kralı II Konstantin 82 yaşında vəfat edib.
LoaDinG.aZ xəbər verir ki, bu barədə "Newsbomb" portalı məlumat yayıb.
Bildirilib ki, o Afinadakı evində olarkən kəskin insult keçirib. Ağır vəziyyətdə "İgiya" xəstəxanasına yerləşdirilib.
Xəstəxanada onunla birlikdə ailə üzvləri - Danimarkalı həyat yoldaşı Anna-Mariya, uşaqları və bacısı olub.
Qeyd olunur ki, keçmiş kral səhhətində yaranan ciddi problemlərdən əziyyət çəkirdi. O, keçmişdə də insult keçirmiş və 2021-ci ilin dekabrında ona pnevmoniya diaqnozu qoyulmuşdu. Sonra keçmiş monarx COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilmişdi.







