n2006

n2006 Sağlamlıq 13-01-2023, 08:00

İmmuniteti öldürən QİDALAR

İmmuniteti öldürən QİDALAR
İmmunitetin zəiflənməsinin səbəbi düzgün olmayan qidalanma ola bilər.

LoaDinG.Az bildirir ki, rusiyalı həkim-diyetoloq İrina Lizun immun sisteminə ziyan vuran qidalar haqqında məlumat verib.


Həkimin sözlərinə görə, immun sisteminin 2 ən böyük düşməni şəkər və transyağlardır.

“Şəkərin çoxlu miqdarda istehlakı bağırsaqların mikrofloranı pozur, mikroflora isə orqanizmin immun reaksiyalarını fəallaşdırır. Transyağlar bitki yağlardan “kərə yağı”na oxşayan yağların hazırlanması nəticəsində əmələ gəlir. Transyağlar yarımfabrikatlarda çoxdur və onlar da immun funksiyasına çox mənfi təsir edir” – həkim bildirib.

Həmçinin İrina Lizunun sözlərinə, tərkibində çoxlu miqdarda aromatizatorlar, boyaq maddələri, dadvericilər olan qidalar da immunitetin vəziyyətinə pis təsir edir.

Həkim-diyetoloq xəbərdarlıq edib ki, qidalanmada daim eyni məhsulların olması orqanizmdə vitamin, mineral və antioksidantların defisitini yaradır ki, bu da immuniteti zəiflədir.

“Qidalanmada yağ və karbohidratlarla zəngin olan eyni qidaların olması immun sistemi üçün çox ziyanlıdır”, - həkim qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
341 338 340 331 268 344

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.