reklam
Hamilə qadınların diqqətinə - Belə qidalanmalısınız Hamilə qadınların diqqətinə - Belə qidalanmalısınız https://sun.az/uploads/posts/2023-01/medium/1673510040_hamile_qidalanma_1.jpg
n2006

n2006 Hamiləlik 13-01-2023, 11:00

Hamilə qadınların diqqətinə - Belə qidalanmalısınız

Hamilə qadınların diqqətinə - Belə qidalanmalısınız
Hamilə qadınlar qidalarına xüsusi diqqət yetirməlidirlər. Başqalarından fərqli olaraq hamilələrin qidalanmasında bir çox məhdudiyyətlər var.

Ginekoloq-cərrah Cəmalə Hacıyeva bildirib ki, hamilə qadınlar qidalarında rahatlıqla meyvələrərə yer ayıra bilərlər.

Onun sözlərinə görə, C vitamini ilə bol olan bu meyvələr dölün sümüklərinin düzgün inkişafına kömək edir: “Sitrus meyvələrindən portağal, laym, limon kimi meyvələrin yeyilməsi tövsiyə olunur. Bu meyvələr hamiləliyin birinci trimesterində müşahidə olunan ürəkbulanmaları da azaltmaq üçün faydalıdır.

Banan çox gözəl kalium mənbəyidir. Qan təzyiqi və maye dövranını tənzimləməyə kömək edir. Kividə fol turşusu boldur. Fol turşusu döldə inkişaf qüsurlarının qarşısını almaqda effektlidir”.

Mütəxəssis qeyd edib ki, hamilələrin rasionunda giləmeyvələrə də yer ayırmalıdırlar: “Moruq, böyürtkən, çiyələk kimi giləmeyvələr antioksidantlarla zəngindir, ana və döldə yarana biləcək xəstəliklərin qarşısını almağa kömək edir. Qarpızın tərkibində yüksək miqdarda vitamin A, C, B6 və maqnezium var. Bu vitaminlər bədənin susuzlaşmasının qarşısını alır.

Hamiləlikdə həzm sistemi ilə bağlı problemlərin olmamasını istəyənlər almanı gündəlik qidalarına daxil etməlidirlər. Liflərlə zəngin olan alma çox faydalıdır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
152 170 181 189 161 172

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.