Sebuhi90

Sebuhi90 özünü 😟 tənha hiss edir. Şeirlər 12-01-2023, 16:03

Tənhalıq

Tənhalıq
Ey könül axtarma o vəfasızı
Sanki gözlərimin yaşıydı getdi
Mən onla arzular xəyal etmişdim
Sanki üzüyümün qaşıydı getdi

Gedişi qəlbimdə qazdı bir məzar
Yoxluğu gözümü daim ağladar
Gözlər gecə -gündüz çəkər intizar
Elə bir ömrümün qışıydı getdi

Apardı ömrümdən gözəl çağları
Qurudu eşqimin o gül bağları
Daha eşitmirəm xoş soraqları
Sanki xanələrin daşıydı getdi

Qəlbimi yandırıb yaxsada belə
Eşq müqəddəsdir gətirim dilə
Mən onu sevəcəm o bilə-bilə
Ömrün tez qocalan yaşıydı getdi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
676 656 554 654 611 631

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.