Musayev

Musayev İdman 12-01-2023, 19:00

Rəşad Sadıqov: “Transfer xatirinə oyunçu alınmasını istəmirəm”

Rəşad Sadıqov: “Transfer xatirinə oyunçu alınmasını istəmirəm”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Kindiya” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

3:2 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə müsahibəsində əvvəlcə bunları söyləyib:

“İlk yoldaşlıq görüşümüz idi. Uzun da olmasa, qısa bir fasilə olmuşdu. Futbolçuları 45 dəqiqə olmaqla sınaqdan keçirdik. Yoldaşlıq görüşlərində nəticə o qədər də önəmli deyil. Komandamın çıxışından razı qaldım. Müəyyən çatışmazlıqlar var. Bu da fikrimcə, həm fasilədən qayıtmağımızla, həm də ağır yükləmələrlə bağlıdır. Onları da toplanışın gedişində aradan qaldırmağa çalışacağıq”.

Sadıqov transfer planlarından söz açıb: “4-5 futbolçu transfer etmək planımız var. Çünki bir qədər mövqedə güclənməyə ehtiyacımız var. Amma hələ heç bir futbolçu ilə razılığa gəlməmişik. Bu məsələ ilə bağlı müəyyən problemlər yaşayırıq. Bu, futboldur. Hər zaman istədiyin futbolçuları transfer edə bilmirsən. Olmasa da belə, bu heyətlə davam edəcəyik. Təbii ki, transfer xatirinə oyunçu gətirmək istəmirəm. Komandamızı gücləndirə biləcək futbolçu olsa, transfer edəcəyik. Alınmasa, yayı gözləyəcəyik”.

Baş məşqçi bir neçə ay öncə transfer etdikləri, amma oynatmadıqları İssa Cibriel haqda da danışıb. Hansı ki, o, “Kindiya” ilə görüşdə start heyətdə meydana çıxıb: “Əvvəlcə bir az səhvləri, top itkiləri oldu, amma sonradan toparladı. Uzun müddətdir rəsmi oyunlarda çıxış etmir. 5-6 aydır 90 dəqiqə oynamır. Yalnız bizim ikitərəfli oyunlarda iştirak edirdi. Formasını bərpa etmək üçün zamana ehtiyac var. Onun zamanla komandamıza kömək edəcəyini düşünürəm”.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
406 452 444 396 349 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.