Musayev

Musayev İdman 12-01-2023, 19:41

Mahir Emreli “Dinamo”nun əsas heyət oyunçusu olacaq

Mahir Emreli “Dinamo”nun əsas heyət oyunçusu olacaq
Futbol üzrə Azərbaycan millisinin futbolçusu Mahir Emreli cari mövsümün ikinci dövrəsindən etibarən Xorvatiyanın “Dinamo” klubunun əsas heyət oyunçusuna çevriləcək.

Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Zaqreb klubunun baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçu ilə bununla bağlı söhbət edib. O, Mislav Orşiçin İngiltərənin “Sauthempton” klubuna transferindən sonra həmin mövqedə Emreliyə şans vermək qərarına gəlib. Bu üzdən də Türkiyə klublarından təklif alan azərbaycanlı futbolçu baş məşqçi ilə söhbətdən sonra qalmağa üstünlük verib.

Xatırladaq ki, Mahir 2022-ci ilin əvvəlindən forma geyindiyi “Dinamo”da 20 oyuna çıxıb və 5 qol vurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
401 443 407 425 391 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.