amon

amon İdman 12-01-2023, 23:42

Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb

Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb
Real Madrid-in futbolçusu Kərim Benzema PSG-də çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.

Sun.az xəbər verir ki, fransalı hücumçu İspaniya Superkubokunun yarımfinalında Valencia ilə oyunda qol vuraraq buna nail olub.

Qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan Benzema Superkubokda ardıcıl 5-ci matçda fərqlənməyi bacarıb. Ona qədər 2010-2012-ci illərdə Barcelona-nın heyətində Messi Superkubokun ardıcıl 5 görüşündə rəqib qapılarına yol tapa bilib. Argentinalı həmin oyunlarda ümumilikdə 8 qol vurubsa, Benzemada bu göstərici 5-ə bərabərdir.

Benzema, eyni zamanda, İspaniya Superkubokunun ikinci ən yaşlı qolçusudur. O, 35 yaş 23 günlüyündə fərqlənib. Bu baxımdan birinci yerdə 36 yaş 129 günündə turnirdə Real-ın heyətində qol vuran yarımmüdafiəçi Luka Modriç qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
379 398 448 408 343 402

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.