n2006

n2006 Xəbərlər 13-01-2023, 09:05

Şahzadənin kitabı bir günə rekord sayda satıldı

Şahzadənin kitabı bir günə rekord sayda satıldı
Böyük Britaniya şahzadəsi Harrinin “Ehtiyat” adlı avtobioqrafik kitabı satışa çıxdığı ilk gündə ABŞ, Böyük Britaniya və Kanadada 1,4 milyon nüsxə satılıb.

LoaDinG.Az xəbər verir ki, bu barədə məlumatı “Mirror” qəzeti yayıb. Buraya kitabın elektron və audio versiyası da daxildir.

"Penguin Random House" nəşriyyatından bildirib ki, onların şirkəti üçün bu, qeyri-bədii kitabların satışı üzrə rekorddur. "Ehtiyat" insanlar arasında maraq doğurduğu üçün təcili olaraq daha çox çap olunacaq.

Qeyd edək ki, şahzadənin açıqlamalarından ibarət 410 səhifəlik kitabı jurnalist və yazıçı J.R Moringer qələmə alıb. Onun audio versiyasını isə Harrinin özü səsləndirib. Kitabın satışına görə Londonda bəzi mağazalar gecə yarısı açılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
330 345 276 331 326 335

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.