n2006

n2006 Sağlamlıq 14-01-2023, 07:30

Dişləri ağappaq edən TƏBİİ MƏCUN - RESEPT

Dişləri ağappaq edən TƏBİİ MƏCUN - RESEPT
Aktiv kömür tibdə geniş istifadə olunan təbii vasitədir. Bu vasitənin köməyi ilə orqanizmi təmizləmək mümkündür.

Digər tərəfdən kömürü dişləri ağartmaq üçün də istifadə etmək olar. LoaDinG.Az sizə dişləri ağardan təbii məcunun reseptini təqdim edir.


Lazım olanlar:

- 10 həb aktivləşdirilmiş kömür

- 1 x.q. bal

- 1 ç.q. soda

Hazırlanması:

Aktivləşdirilmiş kömürü toz halına salın. Fikir verin ki, iri hissəciklər qalmasın, onlar diş emalını zədələyə bilər. Kömür, bal və sodanı yaxşı qarışdırın. Məcunu sərin yerdə saxlayın.

Necə istifadə olunur?

Kiçik bir qaşıqla diş fırçanızın üzərinə bu qarışımdan bir az qoyun. Dişlərinizi hər zamankı kimi fırçalayın, dişlərin önünə və arxasına da bərabər dərəcədə tətbiq edin.

Fırçalamadan sonra ağzınızı ilıq su ilə yaxalayın və sonra adi qaydada diş məcunu ilə təmizləyin. Kömürlə olan məcunu həftədə 2 dəfə istifadə etmək olar. Bir müddətdən sonra dişləriniz xeyli ağaracaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 379 312 389 321 418

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.