HASANLY

HASANLY Xəbərlər 13-01-2023, 12:19

Kişi arvadını yeni iş yerindən maaş almadığına görə döydü

Kişi arvadını yeni iş yerindən maaş almadığına görə döydü
Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qabil Eyvazovun (ad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Qabil Eyvazov arvadı Gülay Eyvazova (ad şərtidir) ilə qadının yeni düzəldiyi iş yerindən maaşını alıb-almaması məsələsinin müzakirə edib. Dərzi olan qadın isə hələ maaşının verilmədiyini söyləyib.

Daha sonra onların arasında mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs yumruq və şillə zərbələri ilə zərərçəkmişin sifət nahiyəsinə zərbələr vurub.

Hadisədən sonra Gülay evdən çıxıb Qobu Polis Bölməsinə gedərək Qabil barədə şikayət edib.

Polis əməkdaşları tərəfindən saxlanılan Qabil Eyvazov barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 311 333 318 310 349

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.