HASANLY

HASANLY Xəbərlər 13-01-2023, 12:24

Dünyanın ən sürətli adamının milyonlarını apardılar

Dünyanın ən sürətli adamının milyonlarını apardılar
Olimpiya çempionu Useyn Bolt fırıldaqçılığın qurbanı olub. O, bu səbəbdən milyonlarla dollar itirib.

Bu barədə idmançının meneceri Nacent Uoker xəbər verib.

Vəsaitlər onun Yamaykada “Stocks and Securities Limited” investisiya şirkətindəki hesabından yoxa çıxıb.

İstintaq davam etdiyi üçün Uoker dəymiş ziyanın dəqiq məbləğini açıqlamayıb.

KİV-də bildirilir ki, insidentdə “Stocks and Securities Limited”in keçmiş əməkdaşı şübhəli bilinir.

Qeyd edək ki, qısa məsafəyə qaçış üzrə ixtisaslaşan Useyn Bolt səkkizqat olimpia çempionu və 11 qat dünya çempionudur, səkkiz dəfə dünya rekordu qırıb. Yamaykalı yüngül atlet həmçinin 100-200 metr məsafədə tarixin ən sürətli sprinteri sayılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
486 497 446 425 384 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.