Musayev

Musayev Xəbərlər 13-01-2023, 16:53

“Bakı Metropoliteni”ndə YENİ TƏYİNATLAR

“Bakı Metropoliteni”ndə YENİ TƏYİNATLAR
“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” və “Xalqlar Dostluğu” stansiyalarına rəis təyinatları olub.

Bununla bağlı qurumun sədri Zaur Hüseynov müvafiq əmrlər imzalayıb.

Z.Hüseynovun əmri ilə “Cəfər Cabbarlı” stansiyasının rəisi Yusif Kərimov vəzifəsindən azad edilərək qurumun Hərəkət Xidmətində başqa vəzifəyə təyin olunub.

Onun yerinə isə bu vaxta qədər “28 May” stansiyasında rəis müavini olan Nəsiman Səttarov təyin olunub.

Bundan əlavə, metronun “Xalqlar Dostluğu” stansiyasının vakant olan rəisi vəzifəsinə “8 Noyabr” stansiyasının rəis müavini Kamal Talıbzadə təyin edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
444 326 379 376 336 418

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.