Musayev

Musayev İslam Dini 13-01-2023, 16:49

2023-cü il Həcc ziyarəti koronavirus məhdudiyyətləri olmadan keçiriləcək

2023-cü il Həcc ziyarəti koronavirus məhdudiyyətləri olmadan keçiriləcək
Səudiyyə Ərəbistanı hökuməti 2023-cü ildə Həcc ziyarətinin təşkili zamanı COVID-19 ilə əlaqədar tətbiq edilən məhdudiyyətləri aradan qaldıracaq. Bu barədə Həcc Nazirliyinin rəhbəri Tofiq Əl-Rəbi məlumat verib. “Həcc ziyarətinə gedənlərin sayı koronavirusdan əvvəlki səviyyəyə qayıdacaq; heç bir yaş məhdudiyyəti olmayacaq”, – onun sözləri departamentin Twitter mikrobloqunda sitat gətirilib. 2019-cu ildə təqribən 2,6 milyon insan Həcc ziyarətinə gedib. Pandemiya fonunda krallıq hakimiyyəti 2020 və 2021-ci illərdə yalnız məhdud sayda zəvvarın, 2022-ci ildə isə 1 milyon insanın Həcc ziyarətinə getməsinə icazə verib. Eyni zamanda, 2022-ci ildə yalnız 18 yaşdan 65 yaşa qədər, tam peyvənd olunmuş və ya koronavirusa qarşı immuniteti olan, xroniki xəstəliyi olmayan şəxslər Həcc ziyarətinə gedə bilər. 2023-cü ildə Həcc ziyarəti iyunun 26-da başlamalıdır. Yanvarın 9-dan 12-dək Ciddədə Səudiyyə Ərəbistanının Həcc Nazirliyinin konfransı keçirilir, konfransda müxtəlif ölkələrdən həccin tənzimləyiciləri və təşkilatçıları iştirak edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
653 638 557 562 582 501

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.