HASANLY

HASANLY Xəbərlər 13-01-2023, 17:38

Ekspert: “Türkiyə Ukraynada müharibənin fəsadlarının yumşaldılmasında mühüm rol oynayıb”

Ekspert: “Türkiyə Ukraynada müharibənin fəsadlarının yumşaldılmasında mühüm rol oynayıb”
“Türkiyə Ukraynadakı müharibənin fəsadlarının yumşaldılmasında böyük rol oynayıb: taxıl dəhlizinin açılması ilə dünyada ərzaq qıtlığı azalıb, rəsmi Ankara həmçinin iki tərəf arasında əsirlərin mübadiləsinə də yardım edir”.

Bunu “Report”a Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) rəhbəri Ahmet Uysal bildirib.

“Türkiyə hələ də tərəflər arasında humanitar atəşkəsin elan edilməsi üçün səy göstərir. Amma bu, mürəkkəb prosesdir və humanitar dəhliz məsələsi böyük siyasi iradə tələb edir. Türkiyə bu layihənin həyata keçirilməsinə töhfə verməyə hazırdır”, - deyə o bildirib.

Onun fikrincə, həm Rusiya, həm də Ukrayna Türkiyəyə güvənir, çünki bu dövlət sülh tərəfdarı kimi müharibəyə qarşı çıxış edir:

“Bundan başqa, rəsmi Ankara münaqişənin hər iki tərəfinə vicdanla, mehriban qonşu kimi yanaşır və bunu dəfələrlə nümayiş etdirdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm rəsmi Moskva, həm də Kiyev ilə açıq və səmimi dialoq qurmağa qadir olduğunu göstərdi”.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç rəsmi Ankaranın Rusiya və Ukrayna arasında humanitar dəhlizin açılmasını istədiyini bildirmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
352 356 328 338 270 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.