HASANLY

HASANLY Xəbərlər 14-01-2023, 12:15

“28 May” stansiyasının qarşısında dava olub, xəsarət alan var

“28 May” stansiyasının qarşısında dava olub, xəsarət alan var
Bakının Nəsimi rayonunda, metronun “28 May” stansiyasının qarşısında dava zamanı bir nəfərin qolu sınıb.

“Report”un məlumatına görə, 1979-cu il təvəllüdlü Səmədov Ramil Nəsib oğluna dava zamanı dəmir küt alətlə ağır xəsarət yetirilib.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
374 333 375 298 285 364

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.