Lola

Lola Maraqlı 26-07-2017, 00:58

Daun (Monqolizm)

Daun (Monqolizm)
Daun (Monqolizm)

1866-cı ildə İngilis həkimi Lanqdan Daun (1828-1896) yeni bir xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırır.
Belə xəstələr xarici görünüşlərinə görə bir-birinə çox bənzəyir, eyni ilə monqoloid irqinin nümayəndələri kimi. Elə bu səbəbdən də mövcud xəstəliyi həkim "monqolizm" deyə adlandırmışdı.
Sözü gedən xəstəlik daşıyıcılarında zəka geriliyi müşahidə olunduğu üçün "Monqol" kəlməsi sonradan "axmaq" mənasını üzərinə götürdü. Lakin Asiyadan gələn güclü etiraz nəticəsində xəstəliyin adı 1961-ci ildə həkimin adına uyğun olaraq "Daun" adlandırıldı.

Daun irsi xəstəlikdir və xəstəlik uşağa yalnız anadan keçir. Bu sindroma əsasən 35 yaşından sonra hamilə qalan və irsi genetik xromosom dəyişiklikləri olan qadınların körpələrində rast gəlinir. Daun sindromu ilə uşaq doğma ehtimalı 35-40 yaşlı qadınlarda 10 dəfə, 40 yaşdan yuxarı olanlarda 100 dəfə çoxdur. Yəni burada atanın yaşının heç bir fərqi yoxdur. Çox vaxt irsi xəstəlik dedikdə elə hesab edirlər ki, daun nəsildən keçir: əgər nəsildə kimdəsə daun sindromu olubsa, nəvə, nəticə bu xəstəliyə tutulacaq.
Ancaq bu, belə deyil. Xəstəlik yalnız ananın orqanizmindəki xromosomlardan asılıdır. Son vaxtlar gənc qızların qanlarında çox sayda mikroblar aşkar edilir. Valideynlər elə başa düşürlər ki, daun xəstəliyinə səbəb də elə bu mikroblardır. Onlar elə hesab edirlər ki, mikroba qarşı müalicə aparıldıqdan sonra körpə sağlam doğulacaq. Ancaq mikrobların bu xəstəliyin yaranmasında heç bir rolu yoxdur.
Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
699 768 657 666 717 652

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.