HASANLY

HASANLY Xəbərlər 15-01-2023, 17:18

Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək

Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək
“Gürcüstan münaqişədə iştirak etmək istəmədiyi üçün Ukraynaya hərbi yardım göstərməyəcək”.

Bunu Gürcüstanın Baş nazirin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani bildirib.

“Gürcüstan hakimiyyəti dövlətin hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək, ona görə də təbii ki, biz qarşıdurmada iştirak edən tərəflərdən birinə hərbi yardım göstərə bilməyəcəyik. Üstəlik, bildiyimə görə, biz aldığımız belə silahların transferindən danışırıq” - deyə, o bildirib.

Baş nazirin müavini əlavə edib ki, Gürcüstan çoxlu silahlı münaqişələr yaşayıb və hakimiyyətin vəzifəsi bunun bir daha baş verməməsidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
307 386 309 333 301 317

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.