HASANLY

HASANLY İdman 15-01-2023, 17:37

Bruno Fernandeş: “Ronalduya hücum etmək üçün mənim adımdan istifadə etməyin”

Bruno Fernandeş: “Ronalduya hücum etmək üçün mənim adımdan istifadə etməyin”
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş dünənki açıqlamalarına aydınlıq gətirib.

Bu barədə o, “Instagram” səhifəsinin hekayələr bölümündə yazıb.

“Mənim dediklərimi dəqiqliklə paylaşanlara təşəkkür edirəm. Bilirəm ki, "Mançester Yunayted"in uğurlu çıxışını görmək çətindir və yaxşı şeylərdən heç danışmırlar. Demək istəyirəm ki, Kriştianu Ronalduya hücum etmək üçün mənim adımdan istifadə etməyin! Kriştianu yarı mövsüm bizim komandanın bir parçası olub. Mən müsahibədə demişəm ki, “Liverpul” ilə oyundan bəri hər kəs möhtəşəm çıxış edir və biz əsl komanda kimi oynayırıq. Siz nəticələri də görə bilərsiniz! Davam edirik!”, - futbolçu sosial şəbəkə səhifəsində yazıb.

Xatırladaq ki, dünən Premyer Liqanın 20-ci turunun matçında “Mançester Siti”yə qalib gələn Erik ten Haqın komandası (2:1) turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. Bruno Fernandeş “Mançester Yunayted”də son aylardakı dəyişikliklərdən danışıb.

“İndi biz bir komanda kimi görünürük. Bir neçə ay əvvəl hər kəsin öz qayğısına qaldığı bir komanda idik. İndi hamının bir-biri üçün çalışdığı bir komandayıq”, - deyə o, “BT Sport”a müsahibəsində bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 463 425 464 427 385

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.