Mira

Mira İdman 26-07-2017, 12:10

"Qarabağ" üçün şad xəbər

"Qarabağ" üçün şad xəbər
"Qarabağ" üçün şad xəbər


Çempionlar Liqasında III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşacaq Moldovanın "Şerif" komandası Bakıya ciddi itki ilə gələcək.

Loading.az-in məlumatına görə, Moldova təmsilçisinin futbolçusu De Noolyer ÇL-in II təsnifat mərhələsinin Albaniya "Kukesi"si ilə cavab matçında qırmızı vərəqə alaraq Ağdam klubu ilə Bakıda baş tutacaq ilk matçı buraxmaq məcburiyyətində qalıb. Görüşün 77-ci dəqiqəsində ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulan "Şerif"in aparıcı futbolçusu Bakıdakı matçı tribunadan izləməli olacaq.

Qeyd edək ki, Ağdam klubunun üçüncü mərhələdə ilk oyunu Bakıda, cavab matçı səfərdə olacaq. ÇL-də üçüncü təsnifat mərhələsinin ilk oyunları 25-26 iyul, cavab matçları 1-2 avqustda keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
700 570 532 549 624 604

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.