HASANLY

HASANLY Xəbərlər 16-01-2023, 11:54

Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinə dəyən zərər aradan qaldırıldı

Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinə dəyən zərər aradan qaldırıldı
Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

Bu barədə məlumatı Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova yayıb:

“Yanvarın 13-də günün ikinci yarısında güclü külək Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı.

Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb”, - deyə o bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
344 379 342 357 377 406

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.