HASANLY

HASANLY Xəbərlər 16-01-2023, 13:23

“Ümid” regional incəsənət müsabiqəsi keçirilib

“Ümid” regional incəsənət müsabiqəsi keçirilib
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının (ARA) təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında “Ümid” regional incəsənət müsabiqəsi keçirilib.

“Müsabiqə incəsənət və rəqs növləri üzrə keçirilib. Ölkəmizin bölgələrindən yarışa qatılan iştirakçılar vardı. Bütün iştirakçıları təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram. Bununla yanaşı, daim əziyyətlərini çəkən, onlara bu sahələri öyrədən, bu cür istedadlı, bacarıqlı uşaq və gənclər yetişdirdikləri üçün bədii rəhbərlərə təşəkkür edirəm. Ədalətli seçimlər etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün münsiflər heyətinə təşəkkür edirəm”, - deyə ARA-nın prezidenti Əziz Əzizov bildirib.

Yarış müxtəlif yaş kateqoriyaları üzrə keçirilib.

Yarışda Qran-prini Səbail rayon 49 nömrəli intellekt məktəb-liseyin şagirdi Amin Həsənli qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 366 334 383 327 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.