HASANLY

HASANLY Xəbərlər 17-01-2023, 15:20

Türkiyə daşınmaz əmlak icarəsi qiymətlərinin artımına görə ilk yerdədir

Türkiyə daşınmaz əmlak icarəsi qiymətlərinin artımına görə ilk yerdədir
2022-ci ilin yekununa görə, Türkiyə daşınmaz əmlak icarəsi qiymətlərinin artımında dünya lideri olub.

Britaniyanın “Knight Frank” konsaltinq şirkətinin məlumatlarına görə, qiymətlər 2021-ci illə müqayisədə 160,6% artıb.

Yerli ekspertlər qeyd edirlər ki, Türkiyədə kirayə qiymətlərinin 70% artması əsaslıdır və inflyasiya ilə bağlıdır. Yerli Rieltorlar Palatasının rəhbəri Nizamettin Aşa qeyd edib ki, qiymətlər 2018-ci ildə mənzilə tələbatın təxminən 50% azalması nəticəsində daşınmaz əmlak bazarında iki illik durğunluqdan sonra artmağa başlayıb.

Türkiyədə daşınmaz əmlakın kirayə qiymətlərində artım 2022-ci ilin martından, Rusiya və Ukrayna vətəndaşlarının ölkəyə axınından sonra qeydə alınır.

Antalyada 2022-ci ildə orta kirayə qiyməti azı dörd dəfə artaraq ayda 200-600 dollardan 2 000 dollara yüksəlib. İstanbulda müvəqqəti mənzil və ya studiyanın minimum qiyməti ayda 1,5-2 min dollar təşkil edir. Halbuki, bir neçə il əvvəl 1 000 dollara mənzil kirayələmək mümkün idi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
302 357 321 340 304 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.