HASANLY

HASANLY Xəbərlər 17-01-2023, 16:00

Avropada benzini kim neçəyə alır? - QİYMƏTLƏR

Avropada benzini kim neçəyə alır? - QİYMƏTLƏR
“Forummapping” cari ilin yanvarın 9-na Avropa ölkələrində benzinin qiyməti ilə bağlı infoqrafika hazırlayıb. Məlum olub ki, ən ucuz benzin Rusiya və Belarusdadır. Bu ölkələrdə benzinin bir litrinin qiyməti müvafiq olaraq 0,71 və 0,91 dollardır (təqribən 1,20 - 1,54 manat).

Türkiyə və Moldovada qiymətlər artıq 1 dolları keçir: 1,03 və 1,24 (1,75 - 2,10 manat).

Ukrayna, Rumıniya, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Sloveniya və Kiprdə benzinin bir litrinin qiyməti 1,31-1,47 dollar (2,22 - 2,49 manat) arası dəyişir.

Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Avstriya, Macarıstan, Xorvatiya, Serbiya, Albaniya, Monteneqro, Lüksemburq, İrlandiya, İspaniyada benzinin litri 1,50 -1,72 dollar (2,55 - 2,92 manat) dəyərindədir.

Böyük Britaniya, İsveç, Portuqaliya, Estoniya, Fransa, Belçika, Niderland, Almaniya, İsveçrə, İtaliya, Yunanıstanda bu göstərici 1,78 -1,99 dollardır (3,02 - 3,38 manat).

İslandiya, Norveç, Finlandiya, Danimarkada isə qiymətlər 2,02-2,23 dollar (3,43 - 3,79 manat) arasında dəyişir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
298 294 347 335 297 305

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.