Azer2

Azer2 İdman 18-01-2023, 17:00

Oyuna bir bileti 2,5 milyon avroya aldı

Oyuna bir bileti 2,5 milyon avroya aldı
Səudiyyə Ərəbistanı hökumətinin nümayəndəsi "Tvitter"də bildirib ki, yerli iş adamı “Əl-Nəsr” və “Əl-Hilal”ın ulduzlarından ibarət birgə komandasıın PSJ-yə qarşı keçirəcəyi yoldaşlıq oyunu üçün hərraca çıxarılan bir bileti 2,5 milyon avroya alıb.

Mənbənin bildirdiyinə görə, bu məbləğ Səudiyyə Ərəbistanının dövlət xeyriyyə təşkilatı "Ehsan"a veriləcək. Alınan bilet matçı VIP zonadan izləmək, mükafatlandırma mərasimində iştirak etmək, komandaların paltardəyişmə otaqlarına getmək və oyunçularla söhbət etmək hüququ verir.

Xatırladaq ki, sözügedən görüş yanvarın 19-na təyin edilib. Oyun Ər-Riyadda keçiriləcək. Bu matçda PSJ-li Lionel Messi ilə "Əl-Nəsr"in yeni transferi Kriştiano Ronaldo üz-üzə gələcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
377 325 374 439 341 314

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.