n2006

n2006 İdman 18-01-2023, 16:20

Rusiyalı mütəxəssis qadın şahmatçılardan ibarət millimizə hazırlıq keçəcək

Rusiyalı mütəxəssis qadın şahmatçılardan ibarət millimizə hazırlıq keçəcək
Avropa çempionu, komandaların yarışında dünya çempionatının qalibi, tanınmış şahmatçı Yevgeni Tomaşevski bir müddət ölkəmizdə fəaliyyət göstərəcək.

LoaDinG.Az xəbər verir ki, rusiyalı mütəxəssis yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

Federasiya yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığmanın hazırlıq səviyyəsini artırmaq məqsədi ilə Y.Tomaşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib.

Şahmatçıların hazırlığı fərdi inkişafa uyğun xüsusi proqramla keçiriləcək.

Qeyd edək ki, dünyanın tanınmış şahmatçılarından olan Y.Tomaşevski iki dəfə Rusiya çempionatında qızıl medal qazanıb. Bununla yanaşı, o, Saratov klubunun heyətində iki dəfə Avropa kuboku yarışının qalibi olub. Hazırda şahmatçı 2694 xal ilə FİDE reytinqində 44-cü pillədə qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
341 365 331 357 310 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.