reklam
Mənə bircə məktub yaz.. Mənə bircə məktub yaz.. https://sun.az/uploads/posts/2023-01/thumbs/1674050620_danbo-figure-separated-miss-disc-sad-longing-cute-fun.jpg
ice berg

ice berg Şeirlər 18-01-2023, 18:03

Mənə bircə məktub yaz..

Mənə bircə məktub yaz..
Mənə bircə məktub yaz
Getdiyin o uzaqdan,
Həsrət qoxusu çəkim
Sətir-sətir varaqdan.

Yaz, o təzə evindən
Dənizi görürsənmi?
Uzanıbmı saçların,
Yenə tək örürsənmi?

Yaz, tükənib hər şeydən
Darıxırsanmı sən də?
Düşürəmmi yadına
Saçın külək öpəndə?

Yaz, yenə sən güləndə
Batırmı sol yanağın?

De, gələcəkmi sonu
Bu sərsəm darıxmağın?

Mənə bircə məktub yaz
Yaz ki, bilim necəsən.
Buz kəssə o məktubun
Yandıraram, üşüsəm!


Əhrəman

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
166 117 197 155 172 226

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.