Ulya

Ulya Statuslar 26-07-2017, 19:05

Söyləyə bilmədiklərimiz

Söyləyə bilmədiklərimiz

Cümlələri kiçik hesab etmə, çünki deyilə bilməyən hər cümlə söyləyə bilməyənin darağacıdır.

Bir çox ayrılıq belə başlamadımı? deyilməsi lazım olarkən deyilə bilməyən,
udulan, bir səsə çevrilməyən cümlələrin yoxluğu gətirmədimi bir çox ayrılığı?
insan peşmanlığı ilk dəfə söyləyə bilmədiyi bir şey üzündən yaşamadımı?

İnsanın söyləyə bilmədikləri şeylərdən duydugu peşmanlıq daha çoxdur söylədiklərindən.
insan söyləmədiyi bir şeyin üzrünü edə bilməz tutaq ki etdi deyək bunu kim eşidər ya da kim anlar?
heç kim. heç kim anlamaz çünki nə üçün üzr istədiyini kimsə bilməz.
Buna görə insan özünü yaxşıca bir labirintə hapseder. Özünü yaxşıca təkləşdirər.


İnsan tək qaldığında ağılından milyardla fikir keçər. Milyardca fantastika.
Milyardca kaş ki cümləsi keçər ağılından. hamısı söyləyə bilmədikləri üzündən.
Hamısının sonu eynidir "ölsəm də xilas olsam"dır.
Hər deyilə bilməyən şey zaman içində bir şeylərə doğru yol alar.


Bütün söyləyə bilməyən cümlələr gedənlərin ardından bir mahnıya çevrilər,
bir şeirə bəlkə, bir yazıya, bir kitaba dahası. Çevrilər çevrilməsinə də insan bunları kimə
ithaf etdiyini söyləyə bilməz bu dəfə. Bir çevrənin içində dönər dönər dayanar.
Daralar çevrə, get-gedə daha çox həm də. Sonra insan çıxa bilməz bunun içindən.
Cevrə daraldıqca içindəkiləri də xərcləyər.

Sonra insan özünü söyləyə bilmədiklərinin darağacında tapar..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
822 867 757 759 725 728

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.