Azer2

Azer2 İdman 21-01-2023, 19:00

"Yuventus"a şok cəza - 15 xalı silindi

"Yuventus"a şok cəza - 15 xalı silindi
İtaliyanın Federal Apellyasiya Məhkəməsi maliyyə fırıldağına görə "Yuventus"un İtaliya çempionatında 15 xalını silmək qərarına gəlib.

Beləliklə, xalı 37-dən 22-yə düşən Turin klubu A Seriyasının turnir cədvəlində 3-cü pillədən 10-cu pilləyə geriləyib.
Prokuror "Yuventus"un 9 xalının silinməsini xahiş etsə də, Federal Məhkəmə Maksimiliano Alleqrinin komandasına daha ağır cəza vermək qərarına gəlib və klub 15 xaldan məhrum edilib.

Bu qərarların əsaslandırılması yaxın günlərdə açıqlanacaq. Turin klubu bu qərardan apellyasiya şikayəti verə bilər.

"Yuventus" rəhbərliyi klubun maliyyə vəziyyəti ilə bağlı yalan məlumat yaymaqda, bazar manipulyasiyasında, mövcud olmayan əməliyyatlara görə saxta gəlir bəyannaməsi təqdim etməkdə, audit nəzarətinə mane olmaqda ittiham olunub.

Ötən ilin noyabrında "Yuventus"un idarə heyətinin əksər üzvləri, o cümlədən prezident Andrea Anelli istefa verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
349 397 353 337 357 330

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.