♡Dua kimisən, nə vaxt səni xatırlasam hüzur tapıram♡


Sən ən böyük sevgini haqq edəcək qədər mükəmməl amma hər kəsin sevməyə layiq olmayacağı qədər xüsusisən.



Nə qədər ki, gözlərin gözlərimdə, əllərin əllərimdə, sevgin məndə, ruhun bədənimdə, mən səni sevməyə davam edəcəyəm.



Bütün fəsilləri səninlə bir gündə, bütün illəri bir fəsildə yaşamağa hazıram. Qara nə varsa, yer üzündə səninlə ağa dönür. Yaxşı ki, varsan



Qışdan çıxıb bahara sevinmək kimi, günəşin altından qalxıb sərin dənizə atılmaq kimi, göy üzündə uça bilmək kimi... Bax belə gözəllikləri dadıram sənin sayəndə.



Səni bir ömürlük bitirmək deyil, hər zaman səni yenidən başlamaq istəyirəm. Sənə aşiqəm, bunu bil.



Çox sevilməyə yox, hər zaman sevilməyə ehtiyacım var. Səni həmişə, həmişə sevəcəyəm



Mən dəliyəm. Tibb acizdir, həm də ağıllanmaq istəmirəm. Sənə dəliyəm, sənin üçün dəli-divanəyəm.



Sən mənim göylərə uzanan əllərimsən. Sən mənim gözümdən süzülən yaş kimi fikrimsən, həsrətimsən. Sən yaşadığım ən gözəl günlərimsən.









