n2006

n2006 Kosmetologiya 24-01-2023, 12:05

Seyrək qaşları sıx etmək üçün 5 məhsul

Seyrək qaşları sıx etmək üçün 5 məhsul
Xanımların əksəriyyəti qaşlarının seyrək olmasından, tökülməsindən şikayət edirlər. LoaDinG.Az xəbər verir ki, bu problemlə mübarizə aparmaq üçün lazım olan ərzaqların əksəriyyəti mətbəximizdə mövcuddur. Kimyəvi proseslərə müraciət etmədən öncə bu üsulları sınaya bilərsiniz.

Sarımsaq


Ta qədim zamanlardan bəri sarımsaq tük əmələ gətirmə xüsusiyyətinə görə istifadə edilir. Bu tərəvəzi iki yerə bölüb qaşlarınıza çəkin. Əgər qoxudan narahat olsanız, qaşlara daha sonra limon və gül suyu çəkə bilərsiniz.

Badam yağı

Badam yağı əsasən bədəndəki dəri dartılmalarının qarsının alınmasında istifadə edilsə də seyrək qaşlar üçün də çox faydalıdır. Yağı pambıgın üzərinə əlavə edib qaşlarınıza çəkin. 1 ssat sonra isə iliq su ilə yuyun.

Zeytun yağı

Təbii nəmləndirici olan bu yağ qaşları da gurlaşdırır. Gecə yatmazdan əvvəl zeytun yağı ilə qaşlarınızı 1-2 dəqiqə masaj edin. Yumadan yatın.

Fındıq yağı

Seyrək qaşlar üçün istifadə edilən bir digər yağ da fındıq yağıdır. Onu pambığa əlavə edib qaşlarınıza çəkin və 1 saat sonra yuyun.

Kokos yağı

Hindli qadınların qaş, saç baxımında istifadə etdiyi kokos yağı əsl möcüzədir. Soyuq sıxım olan bu yağla qaşlarınızı yüngül masaj edin və 1 saat sonra yuyun.

Sonda onu qeyd edək ki, bütün bu yağ növlərini istifadə etmədən əvvəl dərinizdə ona qarşı allergiya olub-olmadığını yoxlayın. Bunun üçün yağdan bir damlanı biləyinizə çəkib gözləyin. Qızartı və qaşınma olduğu təqdirdə istifadə etməyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
471 480 518 444 482 497

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.