HASANLY

HASANLY Xəbərlər 25-01-2023, 12:37

Meydanda təkbaşına: Britaniya parlamentində ermənipərəst deputatlar susduruldular

Meydanda təkbaşına: Britaniya parlamentində ermənipərəst deputatlar susduruldular
Britaniya parlamentinin İcmalar Palatası bir neçə ermənipərəst deputatın təşəbbüsü ilə Xankəndi-Laçın yolunda yaranmış vəziyyəti müzakirə edib.

Bu barədə Britaniya Parlamentinin saytında qeyd olunur.

Müzakirə zamanı ermənipərəst deputatlar əsassız ittihamlar səsləndiriblər.

Mühafizəkarlar Partiyasından olan İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Bob Blekman həmkarlarının Azərbaycana qarşı əsassız ittihamlarına münasibət bildirib.

“Azərbaycan hökuməti Qarabağda mədənlərdə baş verənlərdən birbaşa narahatdır. Yadda saxlamaq lazımdır ki, ermənilər əslində nə baş verdiyini yoxlaya biləcək müfəttişlərə bu obyektlərə girişi qadağan etmişdilər. Bu, birbaşa ekoloji etirazlara səbəb oldu. Qızıl və digər qiymətli metalların atəşkəs razılaşmasını kobud şəkildə pozaraq çıxarılmasına və Qarabağdan Ermənistana daşınmasına dair təkzibolunmaz sübutlar var”, - deyə o bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
427 395 335 382 362 378

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.