ice berg

ice berg Xəbərlər 27-01-2023, 17:00

Azərbaycanın Tehrandakı səfirliyinə hücum 50 il əvvəl baş verənlərlə bağlıdır?

Azərbaycanın Tehrandakı səfirliyinə hücum 50 il əvvəl baş verənlərlə bağlıdır?
Bildiyimiz kimi, bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər isə yaralanıb.

Hadisəylə bağlı yayılan görüntülərdə Yasin Hüseynzadə adlı orta yaşlı kişinin içəri daxil olduğu, mühafizə xidmətinin otağında silahını çıxararaq atəş açdığı görünür. Daha sonra hücum edən şəxs içəridəki digər səfirlik əməkdaşı tərəfindən zərərsizləşdirilib.

Hazırda hücumla bağlı araşdırma gedir.

LoaDinG.aZ BiG.AZ'a istinadən xəbər verir ki, daim qısa və maraqlı süjetləri ilə tanınan "Belə-belə işlər" platforması bu hücumun 50 il öncə baş verən digər qanlı hadisə ilə bağlılığı barədə sual yaradan material hazırlayıb.

Məlumata əsasən, 27 yanvar ilk türk diplomatın şəhid edilməsindən 50 il ötür.

Belə ki, 27 yanvar 1973-cü il tarixində erməni Qurgen Yanikyan ABŞ-da türk diplomatlar Mehmet Baydar və Bahadur Demiri qətlə yetirib.

27 yanvar 2020-ci il tarixində terrorçu Yanikyanın fotosu İrandakı səfirliyimizin önündən asılıb.

İrandakı hücumun bu tarixlə bağlı olduğu da ehtimal edilir.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
384 409 313 379 401 319

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.