Azer2

Azer2 İdman 28-01-2023, 17:00

"Qarabağ"ın yeni transferi ölkəsində "Qızıl top"a layiq görüldü

"Qarabağ"ın yeni transferi ölkəsində "Qızıl top"a layiq görüldü
"Qarabağ"ın yeni transferi Redon Cica Albaniyada 2022-ci ilin ən yaxşı futbolusu seçilib.

Albaniyalı hücumçu bu münasibətlə "Qızıl top" mükafatına layiq görülüb. Bu, "Tirana"nın sabiq oyunçusunun karyerasında ilk belə mükafatı olub. "Qarabağ"a transferi səbəbindən 24 yaşlı futbolçu mükafatlandırma mərasimindən iştirak etməyib.Redon Cica videomüraciət vasitəsilə bu mükafata layiq görüldüyü üçün həyəcanını ifadə edib: “Bu mükafata layiq görülmək mənim üçün çox böyük hissdir. Özümü bu mükafatı almaq üçün sizinlə birlikdə salonda olmadığıma görə pis hiss edirəm, amma bir neçə gün əvvəl “Qarabağ”a keçidimi yekunlaşdırdım və orada olmaq mümkün deyil. Ailəmə və çempion olduğum Tirana komandasına təşəkkür etmək istəyirəm. Demək istəyirəm ki, Alban futbolu Avropanın məşhur komandalarında karyeranızda mühüm addım atmaq üçün yaxşı vitrindir. Hər kəsə xoş axşamlar və yaxşı vaxt keçirin”.

Qeyd edək ki, Cica 2021/2022 mövsümündə "Tirana"nın heyətində 11 qolla Albaniya Superliqasının bombardiri olub.

Xatırladaq ki, futbolçu "Qarabağ"l a3.5 illik müqavilə imzalayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
401 377 324 393 435 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.