n2006

n2006 özünü 😐 narahat hiss edir Sevgi 28-01-2023, 22:30

Eyni dərdə minlərlə insan şərik olur...

Eyni dərdə minlərlə insan şərik olur...
Ağrılarımız var, dərin və səssiz..
Həqiqətlərimiz var, üz-üzə gəlməkdən çəkindiyimiz..
Nəhəng otaqların dar, sıxıcı olduğu anlar var..
Susduğumuz, udquna bilmədiyimiz o qədər vaxt var..
Günəşə rəğmən qaranlıqdayıq.
Gülüşlərə rəğmən ağlayanlarıq..
Biz öz yalanlarımıza inananlarıq.
Bizlər qaranlığın, çıxış yolu olmayan küçələrinə həbs olanlarıq..
Bəzənmişik biz..;
Qandallarımızın adı bilərzik, deyilən hər naxoş ifadələr qulağımıza sırğa..
Qəhərlərlə bəzəndik biz.. Dosdumuz da olmadı bizim, dost bildiklərimiz var.
Xoşbəxt olduğumuz anlar olmaz bizim, xoşbəxt olduğumuzu zənn etdiyimiz anlar vardır.
Biz küləklərin əsmədiyi, gün işığının olmadığı, səslərin belə eşidilmədiyi bir yerdəyik..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
532 480 475 463 473 495

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.