Sun.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Kosmetologiya 29-01-2023, 12:30

Dəri sallanmasından qurtulun: dəniz duzu

Dəri sallanmasından qurtulun: dəniz duzu
Sun.Az xəbər saytı
Yaş irəlilədikcə dəri sallanması problemindən qaçmaq qeyri-mümkündür.

Bunun qarşısı vaxtında alınmasa, estetik baxımdan xoşagəlməz görüntü yaranar. Bu problemlə üzləşməmək üçün ilk növbədə düzgün qidalanmaq və müntəzəm idmanla məşğul olmaq lazımdır. Bunlarla yanaşı dərinizə dəstək verəcək baxım üsullarından da yararlanın. Məsələn, dəniz duzu.


Dəniz duzu tərkibindəki minerallar sayəsində bədənin gəncləşməsini təmin edir. Üstəlik hər istifadəsindən sonra dərinizdə gərginliyi hiss edəcəksiniz.

Dərini yeniləyir

Dəniz duzu bir müddət istifadədən sonra dərinizin yenilənməsini təmin edəcək. Bu yenilənmə sonrası dəri rənginin açıldığını da görəcəksiniz. Eyni zamanda dəridəki ləkə və yaralara müsbət təsir edəcək.

Necə istifadə edilir?

Həftədə 1, ya 2 dəfə dəniz duzu ilə isti vanna qəbul etsəniz, qısa zamanda faydasını görəcəksiniz. Vannanı isti su ilə doldurun və dəniz duzu əlavə edib içinə girin. Bir müddət dincəldikdən sonra isti su ilə durulanın. Dərinizdəki rahatlığın dadını çıxarın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
413 397 359 382 359 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.