amon

amon Hekayələr 1-02-2023, 03:21

Getmə

Getmə
2021, Avqust ayında biri ilə instagramdan təsadüfi tanışlığım olmuşdu.
O, Qarabağ müharibəsindən sonra iyul ayında yenicə gəlmişdi mülki həyata.

Çox az-az danışardıq, ünsiyyətimiz çox ara-ara oldu.
Son dəfə, 8 Noyabr Zəfər günündə, veteran olduğu üçün ona qısa təbrik, təşəkkür mesajı yazmaq gəldi içimdən.
Mesaja baxmadan storylər atırdı, hər dəfə mesajımı geri almaq istəyirdim-_-
Nəysə ki, 3 gün sonra cavab yazdı.

həm nəzakətini, mədəniyyətini çox sevmişdim, həm də hədsiz qıcıq olmuşdum ona.(duyğusal olmadığı, daş ürəkli olduğu üçün😅)

Çox dalğın və dərin biri kimi gəlirdi mənə,
sanıram müharibədə aldığı travmalardan idi.
(əsgərlik müddəti bitdikdən sonra müharibə başladığı üçün evə dönə bilmədən davam edənlərdən idi)

31 Dekabrda, instagramı sildiyim üçün 4 ay əlaqəmiz kəsildi, açığı o ərəfələrdə ağlıma gəlmirdi o insan, çünki həddən artıq az olmuşdu ünsiyyətimiz.
(Profil adı təkcə soyadı olduğu üçün, adını belə bilmirdim.
Mən də şəxsi deyil ümumi səhifə işlətdiyim üçün o da mənim adımı bilmirdi) Və beləcə tamamən itdim bir də instagrama girmədim.

2022, 1 Mart, qar yağırdı, səhərə doğru saat 05: 00, imtahanlara hazırlaşmaqdan, stressdən, yorulub hər şeydən bezən mən,

birdən ağlıma o gəldi, "görəsən o qıcıq oğlan hələ də yaşıyır?:d yoxsa takipdən çıxarıb məni?" deyə düşündüm,
instagramı sırf onun hələ də orda olub olmadığına baxmaq üçün yüklədim, və hələ də orda idi.

Story qoyduğunu görən mən, sevincimdən nə edəcəyimi bilmədim, storydakı fotosuna alov emojisi buraxdım
(alov bəhanə idi yazmağa söz tapmadım sadəcə)
saat
05: 22 olduğu üçün oyaq olmadığını və yazmayacağını düşündüyüm üçün telefonu bağlayıb yatırdım
ki, cavab yazdığını görən mən, sevincimin həddi yox idi.

nə deyəcəyimi bilməyib, nə etdiyini soruşdum və o da
pəncərədən, əlində siqaret ilə şəkil atdı.

O an o saatda siqaret çəkməyinin səbəbini soruşanda, sadəcə yuxusuzluq olduğunu dedi.. (ancaq zamanla, çox şeyi anladım, başa düşdüm)

O gündən bəri onu itirmədim, əvvəlkindən fərqli olaraq hər gün danışdıq, (adını bilmirəm amma çox bağlanmışam adama)

daha sonra adlarımızı bildik, daha yaxın olduq, mən universitetə hazırlaşdığım üçün o aralar yenə instagramı sildim, 1 ay yenə onunla ünsiyyətdə olmadım, aprel ayı, imtahanıma 1 həftə qalıb, o qədər yorğunam ki..
kömək edən yox, tək hazırlaşıram, çətindir və.s, və yenə instagrama girərəm, və
onun, "b12 çatışmazlığım olsa da, səni unutmamışam, bilirəm ki bacaracaqsan, qətiyyən ruhdan düşmə" və.s gözəl sözlü mesajını görüb gözlərimin dolması, unudulmadığımı görməyim..
(hələ də mesajları saxlayıb arada oxumağım:))

aylar keçdikcə doğmalaşdım, danışdıqca bağlandım,
çox şey yaşadıq, heç qəlbimi qırmadı, hər zaman mənəvi cəhətdən yanımda oldu..
bu arada, Universitet planım da alınmadı. May ayı, cavabların çıxdığı gün, gecə saat 3 həyəcanla nəticəmi gözləməyim,(işdən gəlib yorğun olduğu halda) mənimlə birgə onun da yatmayaraq gözləməsi.. nəticələrim elə də yaxşı olmadı, sadəcə marketinq üzrə alınması, o ixtisası da atamın məni oxutmaması. Və bunu bildiyim üçün tükənib təkliyə çəkilməyim..

hamının "onsuz da sənin bacarmayacağını bilirdik" dediyi halda, o gecə onun məni tək buraxmaması, mən ona yat dediyim halda belə yatmadan mənimlə olması, nə olur olsun tək buraxmaması.. gecə saat 4,
qaranlıq otaqda oturub intiharı belə düşünməyim.. (həmişə, kefim olmayanda, səsi möhtəşəm olduğu üçün, retro mahnı oxuyub atmağını istəyərək "bezdirərdim") o an mən demədən, çox sevdiyimi bildiyi üçün, "Məhəbbət Kazımov-Yuxum çin olmaz" mahnısını oxuyub atması..
ağlayaraq o səsdə sabahlamağım, və üzümü güldürmədən səhərə qədər yatmaması..

hamısını yaza biləydim kaş ki.. bitirməyəcək qədər gözəl anılarımız, və mən..


6 iyun, ona hisslərimi açdım qarşılıqlı olduğunu eşidəndə nə edəcəyimi belə bilmirdim. Çox qəribə idi..
Amma sevgili olmadım, sadəcə hisslərimi açmışdım.(amma danışırdıq)

az keçmədi bəzi səbəblərdən onu itirdim. Nə arxasıyca yalvardım, nə də o mənə artıq-əskik sözlər dedi.
Sadəcə hər yerdən silib uzaqlaşdıq.

Nə gecəm gecə idi, nə gündüzüm gündüz, nə də boğazımdan bir tikə keçərdi, nə də gözümün yaşı quruyardı.(o an hiss etdiklərimi də o vaxt Könül Xasiyeva-Dilbərim ifasının rəy bölməsinə yazmışdım)

İyul, Avqust, və Sentyabrın 6-sına qədər bu davam elədi.

6 Sentyabr, onun doğum günü..
yenə də cavab verməyəcəyini düşünərək, sadəcə, ona 21 yaşında sonsuz diləklərimin olduğunu yazdım qısaca.
Kobud şəkildə yazacağını düşünmüşdüm ama tam əksi, hər şey gözəl oldu..

o gün hər şeyi danışıb həll etdik.
Və biz, 6 iyunda yarım qalan sevgili hekayəsini, 6 sentyabrda tamamladıq.
11 sentyabrda isə mənim 20 yaşım tamam oldu. O gündən bəri, sözlərdən çox əməllərdə mənə çox dəyər verən, məni çox sevən adamı bir daha qazandım. Və bu günə qədər heç itirmədim, və onu tanıdığıma heç peşman olmadım.

Hər zaman ən çox istədiyim şey idi onu görmək, sarılmaq, qoxusunu içimə çəkmək.. amma bir-birimizə uzaq yerdə yaşadığımız üçün bu çətin idi. Və onu tanıdığım 1 il 3 aydan sonra, nəhayət bir gün bu xəyalım gerçək olacaqdı.

17 Noyabr, ailəm hava limanına gedəcəkdi, mən ona danışdım və o məni görmək üçün Əcəmidən hava limanına gəldi, mən isə rayondan 3 saatlıq yolu hava limanını bəhanə edərək, onu görmək üçün gedirdim. Əslində ona yaxınlaşa bilməyəcəyimi bilirdim, amma 5 dəqiqə belə olsa sadəcə görməyə belə razı idim.
Yetər ki görüm deyə dünyalara sığmayan sevinc hisslərim ilə yola çıxmışdım.

amma heç nə düşündüyüm kimi olmadı, hava limanına çatar-çatmaz maşında halım pisləşdi, gözlərim qaraldı, nəfəsim sıxıldı, adəta ölüm anım kimi idi. (səbəbi maşındakı dizel qoxusu, həm də bütün gün heçnə yemədən, su belə içmədən yola düşməyim idi)
Halım pisləşdiyi üçün maşından düşüb ailəmlə gedə bilmədim, 5 dəqiqə özümə gəlib düşəcəkdim.

O isə dayanmadan yazır, zəng edir, harda, hansı tərəfdə olduğumu soruşur, saatlarla məni gözlədiyini, niyə cavab yazmadığımı deyir.

mən isə mesajı oxusam da, nə əlimi tərpədib yaza bilirəm, nə başımı qaldırıb ekrana baxa bilirəm.
o məndən hansı tərəfdə olduğunu soruşduqca olduğum maşının düz önünə gəlirdi, ən pisi isə ona elə önümdəsən deyə bilməməyim idi..

maşının şüşəsindən ona baxıram, onu görürəm, hey boylanır, həyəcanla məni axtarır, tapa bilmir. Sonra uzaqlaşır,
Mən bütün gücümü sırf onun üçün toplayıb maşından düşüb, əllərim əsərək dayandığım yerin şəklini çəkib ona ataram..

O tez mən tərəfə gəlir, aramızda sadəcə 5 addım, və ailəm işini bitirib qayıdar, artıq geri dönəcəyimizi deyər..
tək bacara bildiyim şey tez saçımın bandanasını çıxarıb yerə atmağım, və "yerdəki qırmızı bandananı götür" yazmağım olar. Biz yola düşdük,

Sadəcə maşının arxasıyca baxaraq qaldı, mən isə maşının içindən ona baxaraq..

yaylığımı yerdən götürüb, qoluna taxıb, "qoxun mənimlədir" deyə fotonu atması, məni günahlandırmaması, incitməməsi.. ürəyimə su səpdi..

Həm çox pis, həm də çox gözəl bir gün idi, çox qəribə hisslər içində boğulurdum. Evə pis vəziyyətdə dönməyim, ona o qədər əziyyət verməyim, işi olduğu halda o soyuq havada onu yollara salıb, sonda isə hər şeyi hədər etməyim, məni həm utandırır, həm incidirdi.

Amma o heç bir dəfə də olsun onun sözünü etmədi, əksinə,
bunun bir başlanğıc olduğunu, bu alınmadısa demək ki daha yaxşı bir şey olacağını deyərək üzülməyimə icazə vermədi.

Oysaki çox şey istəmirdim sadəcə 1 dəqiqə belə olsa əlini tutmaq, gözlərinə baxmaq, qucaqlayıb üstümdəki mənəvi yükü götürmək.

Amma Allahın vardır bir bildiyi deyib səbr edirəm.
Əlbət bir gün daha yaxşısı baş verəcək..

və 17 Dekabr, çöldə qar yağır,
hava çox soyuq(ən sevdiyim), isti ev, səhər gözünü açmamış, mən gözümü açar-açmaz mesaj yerimdə bu mahnını görməyim..

BU MUSİQİNİN yayımlandığı ilk gün, ilk saatlarında mənə göndərməsi,

dinləyərkən bütün həyatım gözümün önündən keçməsi, ona nə qədər aşiq və sadiq olduğumu hiss etməyim, və onun heç içimə çəkmədiyim qoxusu burnumun ucunda tütməsi, beynimə sarması..♡

Onu itirmək, zamanı itirmək kimi olardı mənim üçün..
"Qorxuram bir gün mən öləm, yada qala GÖZLƏRİ"...
İndi onun 21, mənim 20 yaşım var, ümid edirəm bir gün bura gəlib,
"Və biz evləndik, o artıq mənim həyat yoldaşımdır" cümləsini yazaram (:

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
561 601 599 514 557 546

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.