n2006

n2006 Sağlamlıq 2-02-2023, 13:30

Diş ağrisi zamanı BUNLARI ETMƏYİN

Diş ağrisi zamanı BUNLARI ETMƏYİN
Diş ağrısı ən tez-tez rast gəlinən ağrılardan biridir.

Təəssüf ki, bir çox hallarda diş ağrısı bizi gecə saatlarında, şəhərdə və həkimdən uzaq yerlərdə yaxalayır və bu zaman biz özümüz özümüzə “tibbi yardım” göstərməli oluruq.


Tanınmış rusiyalı həkim-stomatoloq Yuliya Krjijanovskaya bildirir ki, diş ağrısı zamanı bəzi “ilk yardım” üsulları insanın vəziyyətini nəinki yüngülləşdirmir, əksinə çox ağır fəsadlara səbəb ola bilər.

Beləliklə diş ağrısı zamanı nə etmək olmaz?

- Ağrıyan dişə soyuq və ya isti qoymayın. Bu prosesin daha da kəskinləşməsinə səbəb olacaq.

- Spirtli içkiləri qəbul etməyin. Bəzi insanlar spirtli içkiləri “ağrıkəsici” hesab edirlər. Lakin bu belə deyil. Əksinə bu içkilər ağrını daha da artıra bilər.

- İltihabəleyhinə və antibakterial preparatları (“antibiotiklər”) qəbul etməyin.

- Vanna və ya duş qəbul etməyin.

Ağrı dözülməzdirsə, 1 həb parasetamol qəbul edin.

LoadinG.Az bildiri ki, həkimin sözlərinə görə, şiddətli diş ağrısı çox ciddi simptomdur ki, bu zaman vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
296 326 325 329 289 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.