DeliBirHatun

DeliBirHatun Xəbərlər 4-02-2023, 16:32

Bakı-Quba yolunda yük maşınları toqquşdu

Bakı-Quba yolunda yük maşınları toqquşdu
Bakı-Quba yolunda ağır yol qəzası olub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu Zarat kəndindən keçən hissəsində baş verib:

“Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı yük avtomobili ilə “KamAZ” markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 365 286 341 354 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.