n2006

n2006 Məsləhətlər 6-02-2023, 22:00

Necə edək ki, kişilər xəyanət etməsin? – 4 TÖVSİYƏ

Necə edək ki, kişilər xəyanət etməsin? – 4 TÖVSİYƏ
Kişilərin zərif cinsin nümayəndələrinə nisbətən daha güclü olduğu deyilsə də, əslində kişilər qadınlarla münasibətdə çox zəifdirlər.

Gözəl qadın gördüyü zaman həmin qadından başqa bir şey haqqında düşünmək, ona baxmamaq hər kişinin hünəri deyil. Hələki o gözəl qadın həmin kişi ilə az da olsa maraqlandığını hiss etdirərəsə, kişi bunu özü üçün bir mesaj kimi qəbul edir və qadınla münasibət qurmayana kimi ondan əl çəkmir. Kişilərin çoxu xarici görünüşə aldanır.


Kişiləri tək buraxmayın

Gencaile.az bildirir ki, əksər hallarda qadın və kişinin münasibəti bitdikdən sonra qaddınlar uzun müddət köhnə münasibətlərinin, ayrılığın təsirindən depresiyaya düşürlər. Doğrudur, kişilər də bəzi hallarda eyni situsiyanı yaşayırlar, amma qadınlara nisbətən onlar köhnə münasibətlərini daha tez unudur, yeni münasibətə başlamaq haqqında düşünürlər. Buna görə də, əziz qadınlar, ayrı qalmaqla qarşınızdakı kişini cəzalandırmaq istəyirsinizsə, diqqəli olun. Yoxsa onu birdəfəlik itirə bilərsiniz.

Kişilər macəra axtarırlar

Evlilik hələ kişini tam ələ keçirmək deyil. Əgər bunu istəyirsinizsə, münasibətinizin hər zaman əvvəlki kimi maraqlı olması üçün çalışın. Daim yenilik axtarışında olun. Çünki kişilər standart, şablon həyat tərzindən və insanlardan tez sıxılırlar.

Xarici görünüşünüzə diqqət yetirin

Çox qadınlar bunun fərqində olmasalar da, əksər hallarda xəyanətin səbəbi onların evləndikdən sonra özlərinə kifayət qədər diqqət yetirməmələridir. Həyat yoldaşınızın sizinlə əvvəlki kimi maraqlanmağını istəyirsinizsə, hər gün o işdən qayıdan vaxt sanki bu ilk görüşünüzmüş kimi hazırlaşın.

Evdəki söz-söhbət

Kişilər çox vaxt xəyanətin əsas səbəblərindən biri kimi ailədəki söz-söhbəti göstərirlər. Qadının hər xırda məsələni böyütməsi, mübahisə yaratması kişini evdə tapmadığı rahatlığı başqa ünvanlarda axtarmağa vadar edir. Aranızda, ailənizdə hər nə qədər böyük anlaşılmazlıqlar olsa da, hər zaman qarşınızdakına anlayış göstərməyə çalışın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
461 382 420 392 371 366

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.