n2006

n2006 Müxtəlif 6-02-2023, 17:28

Eviniz xasiyyətinizdən xəbər verir

Eviniz xasiyyətinizdən xəbər verir
LoadinG.Az xəbər verir ki, öz imkanları və şəxsi potensialını lazımi dərəcədə qiymətləndirə bilməmək əksər insanların problemidir.

Məlum olub ki, tanışınız, dostunuz və ya qohumunuzun özünüqiymətləndirmə səviyyəsini onun evindəki əşyalara diqqət yetirməklə təyin etmək olar.


Evdəki dağınıqlıq - səpələnmiş əşyalar, yığılıb qalan çirkli qablar özünüqiymətləndirmənin aşağı səviyyədə olduğunu göstərir. Çünki özünə hörmətlə yanaşan və ətrafının rahat şəraitdə yaşamasını istəyən şəxs natəmiz otaqda yaşaya bilməz.

Həmçinin, özünüqiymətləndirməsi aşağı olan insanlar nadir hallarda qonaq qəbul edir.

Doldurulmuş eyvan - həddindən artıq köhnə əşya saxlayanlarda da özünüqiymətləndirmə aşağı olur. Bu cür insanlar illərlə saxladıqları əşyalarla sağollaşa bilmirlər.

Sonra yapışdıraram – bu tip insanların evlərində təmirə ehtiyacı olan çoxsaylı əşyalar olur.

Evin muzeyə bənzəməsi – həddindən artıq təmizlik də yaxşı hal deyil. Belə evlər adətən muzeyi xatırladır. Parlaq döşəmə və mebel göz yorur. Bu cür ev sahibləri əsasən nevrozdan əziyyət çəkirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
401 383 341 401 399 336

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.