Owusu

Owusu özünü 🙃 xoş hiss edir. İdman 8-02-2023, 23:58

Daha bir məşhur futbolçu "Qarabağ"ı tərk edir? - Klubdan AÇIQLAMA

Daha bir məşhur futbolçu "Qarabağ"ı tərk edir? - Klubdan AÇIQLAMA
Bugünlərdə yerli mətbuatda “Qarabağ”ın hücumçusu Ramil Şeydayevə yeni müqavilə təklif etdiyi, lakin oyunçunun Ağdam klubunun təklifini hələ cavablandırmadığı barədə məlumatlar yayılıb.

Buna əsas səbəb kimi isə Ramilin xarici klublardan təklif alması göstərilib.

26 yaşlı forvardın "köhlən atlar"la müqaviləsinin müddəti də cari mövsümün sonunda başa çatır.

Mövzuyla bağlı "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klubun sözçüsü Loading.az-a açıqlamasında hazırda qarşıdakı oyunlara kökləndikləri üçün bunu düşünmədiklərini, lakin Şeydayevin klubda qalmasının tərəfdarı olduqlarını bildirdi: “Premyer Liqada “Sabah”la, UEFA Konfrans Liqasında isə “Gent”lə vacib oyunlarımız var. Klub olaraq hazırda bu oyunları düşünürük. Bu məsələ daha çox həmin oyunlardan sonra müzakirə ediləcək. Bəli, Ramilin müqaviləsi mövsümün sonunda bitir. Klub olaraq futbolçunun qalmasının tərəfdarıyıq. Ramilə öz təklifimizi edəcəyik. Mövsümün sonunadək kifayət qədər vaxtımız var. İnanıram ki, Ramillə ortaq məxrəcə gəlinəcək. Amma bu, hələ müzakirə mövzusu deyil".

Qeyd edək ki, Ramil Şeydayev 2021-ci ilin 1 iyulundan "Qarabağ"ın uğurları üçün çalışır. O, hazırda 15 qolla Misli Premyer Liqasında bombardirlik cədvəlinə başçılıq edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
392 383 475 370 386 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.