HASANLY

HASANLY İdman 10-02-2023, 12:09

Premyer Liqa: Tura “Qəbələ” - “Neftçi” oyunu ilə start veriləcək

Premyer Liqa: Tura “Qəbələ” - “Neftçi” oyunu ilə start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.

İlk oyun günündə bir görüş keçiriləcək. Açılış matçında “Neftçi” Qəbələdə eyniadlı komandanın qonağı olacaq.

Hazırda “ağ-qaralar” 44 xalla 3-cü, “qırmızı-qaralar” isə 27 xalla 5-ci pillədə qərarlaşıblar.

Komandalar indiyədək ölkə çempionatında 57 dəfə üz-üzə gəlib. Bunların 27-də paytaxt klubu, 17-də əyalət təmsilçisi qələbə qazanıb. 13 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də bakılıların üstünlüyü var - 86:67.

“Neftçi” son 2 matçda iki qol vurub və qalib gəlib. “Qəbələ” son 5 ev oyununda rəqib qapısına yol tapıb.

Azərbaycan Premyer Liqası

XXII tur

10 fevral (cümə)

15:00. “Qəbələ” - “Neftçi”

Hakimlər: Fərid Hacıyev, Akif Əmrəli, Zöhrab Abbasov, Tural Qurbanov

VAR: Rauf Cabarov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, turun “Turan Tovuz” - “Kəpəz” və “Qarabağ” - “Sabah” oyunları fevralın 11-də, “Səbail” - “Zirə” və “Sumqayıt” - “Şamaxı” matçları isə fevralın 12-də keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
565 528 509 422 489 475

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.